Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Florens” ABŞ sahillərinə yaxınlaşır
“Florens” ABŞ sahillərinə yaxınlaşır
ANA SƏHİFƏ / DÜNYA
01:26 15.09.2018


ABŞ-ın sahilyanı zonasında "Florens” qasırğasının törətdiyi güclü yağışlar və küləklər başlamışdır. Proqnozlara görə, bu gün qasırğa quruya çatacaq. Bu barədə "Rosbalt” agentliyi xəbər verir.

Məlumata görə, Şimali və Cənubi Karolinada başlamış leysan yağışları və küləklər adamların həyatına təhlükə yaradır. Küləyin sürəti saatda 128 kilometrə, okeanda dalğaların hündürlüyü 4 metrə çata bilər. Ekspertlərin fikrincə, qasırğa dağıdıcı olacaq.

Nyu-Bern şəhərində müəssisələrin əksəriyyəti bağlanmış, yanacaqdoldurma stansiyaları və supermarketlərin qarşısında növbə yaranmışdır. Şəhərin bir hissəsi hündür dalğalar üzündən suyun altında qalıb. digər hissədə leysan yağışı tüğyan edir. Qasırğa ilə əlaqədar Nyu Berndə fövqəladə vəziyyət elan edilmişdir.