Alternative content

16:20 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nigerdə vəba tüğyan edir
Nigerdə vəba tüğyan edir
ANA SƏHİFƏ / DÜNYA
01:26 15.09.2018


BMT yanında Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsindən verilən məlumata görə, Nigerin cənubunda yerləşən Maradi rayonunda başlamış vəba epidemiyası Dosso, Taxoua və Zinder rayonlarına yayılmışdır. Bu barədə TRT telekanalı xəbər verir.

Məlumata görə, iyulun 5-dən sentyabrın 10-dək 2752 vəbaya yoluxma halı qeydə alınmış, onların 2 faizi ölümlə nəticələnmişdir. Vəbadan 55 nəfər dünyasını dəyişmişdir.

Saxaranın cənubunda yerləşən Afrika ölkələrində vaxtaşırı vəba epidemiyası baş qaldırır. Ötən il 17 ölkədə 150 min nəfər bu xəstəliyə yoluxmuşdur. Onların azı 3 mini vəfat etmişdir.

Kəskin yoluxucu xəstəlik hesab olunan vəbaya yoluxma mənbəyi əsasən çirkli sudur. Yoluxmadan sonra 6-48 saat ərzində xəstədə ishal, qarın ağrıları və qusma başlayır. Müvafiq müalicə almadıqda xəstələrin təxminən yarısı 24 saat ərzində dünyasını dəyişir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM