Alternative content

11:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda 70-ə yaxın silahlı məhv edildi
Əfqanıstanda 70-ə yaxın silahlı məhv edildi
ANA SƏHİFƏ / DÜNYA
01:26 15.09.2018


Əfqanıstanda milli ordu və təhlükəsizlik qüvvələri ilə hərbi hava qüvvələrinin keçirdiyi birgə əməliyyatlar zamanı müxtəlif əyalətlərdə azı 67 silahlı məhv edilmişdir. Bu barədə Müdafiə Nazirliyinin bəyanatına istinadən "TOLO News” telekanalı xəbər verir.

Məlumatda qeyd olunur ki, son 24 saat ərzində milli müdafiə və təhlükəsizlik qüvvələri 12 birgə hücum və təmizləmə əməliyyatı həyata keçirmiş, xüsusi təyinatlı bölmələr 114 tapşırıq icra etmiş, hərbi hava qüvvələri isə ölkənin müxtəlif hissələrində qiyamçıların mövqelərinə 12 zərbə endirmişdir. Bu əməliyyatlar nəticəsində 67 qiyamçı öldürülmüşdür. Həmçinin 28 silahlının yaralandığı bildirilir. Bundan əlavə, əməliyyatlar zamanı qiyamçıların silahları məhv edilmişdir.