14 Sentyabr 2018 20:58
229
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyasının geniş əlaqələri var


Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.

Siyavuş Novruzov bu səfərin partiyalar arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. O deyib ki, YAP-la Monteneqro Sosialistlərinin Demokratik Partiyasının geniş əlaqələr mövcuddur. Partiyalar arasında əməkdaşlıq haqqında sənədin də imzalandığını, qarşılıqlı səfərlərin baş tutduğunu xatırladan S.Novruzov bütün bunların əlaqələrin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Siyavuş Novruzov tərəflərin, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyib.

Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən YAP icra katibinin müavini hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin, eləcə də dövlətlər arasında imzalanmış sənədlərin münasibətlərin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, o cümlədən turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlətlər və partiyalar arasında münasibətlər bütövlükdə xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edir.

Monteneqro Sosialistlərinin Demokratik Partiyasının siyasi məsələlər üzrə direktoru Tarzan Miloşeviç Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib. Azərbaycanla Monteneqro arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Tarzan Miloşeviç bu münasibətlərin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb.

Münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan qonaq Azərbaycanın Monteneqroya böyük sərmayə yatırdığını xüsusi vurğulayıb. Azərbaycan dövləti tərəfindən Monteneqroda ən müasir standartlara cavab verən uşaq bağçasının tikilib istifadəyə verildiyini qeyd edən Tarzan Miloşeviç bildirib ki, bu hadisə ölkəsində minnətdarlıqla qarşılanır. O, bütün sahələrdə olduğu kimi, partiyalar arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video