Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin gənclər və idman komitəsinin 2018-ci il payız sessiyası üçün iş planı təsdiqlənib
Parlamentin gənclər və idman komitəsinin 2018-ci il payız sessiyası üçün iş planı təsdiqlənib
ANA SƏHİFƏ / PARLAMENT
20:56 14.09.2018

Sentyabrın 14-də Milli Məclisin gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ülvi Quliyev əvvəlcə Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışıb. Bildirib ki, komitə bu müddət ərzində uğurlu fəaliyyət göstərib. Hesabat dövründə komitənin 3 iclası keçirilib, bu iclaslarda 5 məsələyə baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi kömək göstərilib.

Hesabat dövründə komitəyə 65 vətəndaş müraciət edib, onlardan ikisi elektron müraciətdir. Bunlardan 35-nə nəzarətə alınmaqla baxılıb. Həmin müraciətlər müxtəlif mövzularda olub. Onlardan 42-si həll olunub, 45 müraciət baxılması üçün aidiyyəti təşkilatlara göndərilib.

Sonra Ülvi Quliyev payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirib ki, qarşıdakı sessiyada "Gənclər siyasəti haqqında” Qanuna edilməsi nəzərdə tutulan əsaslı əlavə və dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında qanunlar hazırlanacaq. Həmçinin gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitənin fəal iştirakı təmin ediləcək.

Komitənin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.