Alternative content

16:19 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər və idman naziri Şirvanda vətəndaşlarla görüşüb
Gənclər və idman naziri Şirvanda vətəndaşlarla görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:50 14.09.2018

Sentyabrın 14-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayon və şəhər sakinlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Şirvan "Gənclər evi”ndə keçirilən qəbulda 20-dən çox vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclər sahəsini əhatə edən müxtəlif layihələrə dəstək verilməsi və onların maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə, əsasən fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikinti və təmiri və digər məsələləri əhatə edib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM