Alternative content

16:17 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib
“Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib
ANA SƏHİFƏ / Mədəniyyət
11:13 14.09.2018

Sentyabrın 13-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəmkir filialında 200-cü xalça kəsilib.
Bu barədəAZƏRTAC-a "Azərxalça” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə bildirilib ki, 2017-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən filialda toxucular üçün ideal iş şəraiti yaradılıb. "Azərxalça”nın tədris-hazırlıq kurslarını bitirən toxucular gözəl xalçalar toxumağa çalışırlar. Xalça istehsalı emalatxanasında Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy və Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin filialın açılış mərasimində söylədiyi fikirlər kollektivə həm ruh verib, həm də onların üzərinə böyük məsuliyyət qoyub: "Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız. Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var”.

Ötən dövr ərzində filialın kollektivi dövlət başçımızın xalçaçılara göstərdiyi diqqət və qayğıya əməli işlə cavab vermək üçün səylə və səmərəli fəaliyyət göstərib, qədim Azərbaycan çeşniləri əsasında orijinal xalçalar toxunub.

Qeyd olunub ki, xalçanın toxunması prosesi başa çatdıqdan sonra o, kəsilərək hanadan götürülür. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. Evlərdə qurulan hanalardan xalçaların kəsiləcəyi günü insanlar toy-bayram kimi səbirsizliklə gözləyiblər. Milli dəyərimiz olan xalçaçılığı inkişaf etdirən "Azərxalça”nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Bütün xalça istehsalı emalatxanalarında, eləcə də Şəmkir filialında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir.

Sonra hazır xalçanı onu ərsəyə gətirən toxucular kəsiblər. Qarabağ qrupuna aid olan xalçanın ölçüsü 3.65 sm x 2.75 sm-dir.
Xatırladaq ki, "Azərxalça"nın 10 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 1000-dən çox xalça toxunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM