Alternative content

16:22 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ATƏT-in insan ölçüsü üzrə iclasında “Bakı prosesi” haqqında danışılıb
ATƏT-in insan ölçüsü üzrə iclasında “Bakı prosesi” haqqında danışılıb
ANA SƏHİFƏ / SİYASƏT
00:30 14.09.2018


Cari ilin sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, hər il payızda keçirilən bu mötəbər tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat verirlər. Sentyabrın 21-dək davam edəcək tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri ilə yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edirlər.

Sentyabrın 13-də sözügedən tədbirin "Antisemitizmlə mübarizə; dini və ya etiqadi zəmində, o cümlədən xristianlara, müsəlmanlara və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə” mövzusuna həsr olunmuş 6-cı işçi sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək tədbir iştirakçılarına "Bakı prosesi” haqqında geniş məlumat verib. O, "Bakı prosesi”nin tarixi, məqsədləri və iştirakçıları barədə danışıb, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmin prosesin 10 illiyinin ölkəmizdə qeyd edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

E.Nəcəfov bildirib ki, bir hərəkat kimi mədəniyyətlərarası dialoqun inkişafına yönələn "Bakı prosesi”nin əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qoyulub. Regional hərəkat olaraq yaradılan "Bakı prosesi” 2010-cu ildən qlobal təşəbbüsə çevrilib. Bu hərəkat çərçivəsində Bakıda dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011-ci, 2013-cü, 2015-ci və 2017-ci illərdə), beş Bakı Beynəlxalq Humanitar Forumu (2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2016-cı illərdə), Dünya Dini Liderlərinin Sammiti (2010-cu ildə), eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (2016-cı il) keçirilib. Azərbaycan Respublikası ilə yanaşı, "Bakı prosesi”nin aktorları arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi nüfuzlu təşkilatlar yer alır.

E.Nəcəfov çıxışının sonunda BMT-nin baş katibi Antoniu Quterreşin "Bakı prosesi”nə yüksək qiymət verdiyini, onun bu hərəkatın mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynadığını qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM