Alternative content

16:20 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Filippinə yaxınlaşan supertayfunun təsir sahəsində 43 milyon nəfər var
Filippinə yaxınlaşan supertayfunun təsir sahəsində 43 milyon nəfər var
ANA SƏHİFƏ / DÜNYA
00:27 14.09.2018


Filippinin şimalındakı adalara "Manqhutsuperqasırğası yaxınlaşır. Tayvan adası və Çinin cənub-şərq sahili də risk zonasına daxildir. Bu barədə "Nyu York Times” qəzeti xəbər verir.

Qeyd edək ki, saniyədə 67 metrdən güclü olan daimi külək superqasırğa adlandırılır. Fəlakətlər zamanı qlobal xəbərdarlıq və əlaqələndirmə sisteminin məlumatına görə, "Manqhut” 43 milyon nəfərə zərər vura bilər.

Honqkonq rəsədxanasından bildirmişlər ki, bu gün tayfunun sürəti saniyədə 72 metrə çatacaq. Qasırğa təxminən 100 milyon adamın yaşadığı Çinin Quandun əyalətinə də zərbə vura bilər.

Ötən çərşənbə axşamı "Manqhut” Quam adasına çatmışdır. Nəticədə adada binaların 80 faizi işıqsız qalmışdır.

Xatırladaq ki, 2013-cü ilin noyabrında ölkəni vurmuş "Hayyan” qasırğası nəticəsində 7 min 300 nəfər həlak olmuş, yaxud itkin düşmüşdür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM