Alternative content

16:21 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa İttifaqı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdı
ANA SƏHİFƏ / DÜNYA
00:27 14.09.2018


Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatmışdır. Sanksiyalar 2019-cu il martın 15-dək qüvvədə olacaq. Cəza tədbirləri aktivlərin dondurulmasını və səfərlərə məhdudiyyətləri nəzərdə tutur. Şuradan bildirmişlər ki, vəziyyətin qiymətləndirilməsi sanksiyalar rejimini dəyişdirməyə imkan vermir. Moskvada bu addımı şərh edərkən bildirmişlər ki, Rusiya öz yolu ilə inkişaf edir və sanksiyalara məhəl qoymayacaq.

Xatırladaq ki, 2014-cü ilin martında Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyini sarsıtmaqda ittiham olunan rusiyalılara və ukraynalılara qarşı fərdi məhdudiyyətlər tətbiq etmişdir. O vaxtdan bəri sanksiyalar müntəzəm olaraq 6 ay müddətinə uzadılır. Hazırda siyahıda 155 nəfərin və 44 təşkilatın adları var.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM