Alternative content

12:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Sudanda vətəndaş müharibəsinə son qoyuldu
Cənubi Sudanda vətəndaş müharibəsinə son qoyuldu
ANA SƏHİFƏ / DÜNYA
00:26 14.09.2018


Cənubi Sudan Prezidenti Salva Kiir qiyamçıların lideri ilə sülh sazişi imzalamışdır. Bu saziş uzun sürən münaqişəyə son qoymalıdır. Bu barədə "Röyter” agentliyi xəbər verir.

Xatırladaq ki, Cənubi Sudan müstəqillik qazandıqdan iki il sonra, 2013-cü ildə ölkədə vətəndaş müharibəsi qızışmışdır.

Saziş neytral ərazidə - qonşu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə imzalanmışdır. Ölkənin Baş naziri Abiy Əhməd Əli tərəflərin barışmasını alqışlamışdır: "Bu, həqiqətən, çox vacib mərhələdir, dayanıqlı sülh yolunda böyük bir addımdır. Biz tarixi hadisənin şahidi olduq. Müharibə qurbanlarının xatirəsini anaraq ümid edirik ki, bu saziş Cənubi Sudan tarixində qaranlıq səhifəni qapayacaq”. Danışıqlarda beynəlxalq "üçlük” - ABŞ, Böyük Britaniya və Norveç iştirak etmişdir.

Beş il öncə qarşıdurmaya səbəb Prezident Salva Kiir ilə Baş nazir Riyek Maçar arasında siyasi fikir ayrılığı olmuşdur. Bundan əlavə, etnik və dini qarşıdurmalar, habelə müxtəlif qəbilələrin nümayəndələrinin şəxsi münaqişələri vətəndaş müharibəsini daha da qızışdırmışdır. Müharibə zamanı 50 min nəfər toqquşmaların qurbanı olmuş, 2 milyondan çox sakin ölkədən qaçmışdır.