Alternative content

16:17 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:20 13.09.2018

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. 2017-ci ildə Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.

Memorandumun implementasiyası çərçivəsində ötən bir il ərzində iki ölkənin Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilib, birgə tədris tədbirləri təşkil olunub, müsbət təcrübələrin mübadiləsi aparılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın davamı olaraq Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs rəhbərlik etdiyi nümayəndə heyəti ilə sentyabrın 13-də Azərbaycana səfərə gəlib.

Səfər zamanı latviyalı nazir Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək "Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın görüşü keçirilib.

Bu il 100 illiyi qeyd olunan dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir F.Məmmədov dostluq və əməkdaşlıq əlaqələrinin, o cümlədən hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətin inkişafından məmnunluğunu ifadə edib, hazırkı səfərin əlaqələrin genişləndirilməsinə əlavə təkan verəcəyini bildirib.

Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən latviyalı nazir ölkələrimizin müxtəlif istiqamətlərdə, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, həyata keçirilən ikitərəfli qarşılıqlı səfərlərin ədliyyə və məhkəmə sahəsində yaxşı təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

D.Rasnaçs Ədliyyə nazirlikləri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı bu ilin noyabrında hər iki dövlətin Ədliyyə nazirliklərinin yaranmasının 100 illiyinin qeyd olunacağı bildirilərək ədliyyə tarixinə, keçdiyi inkişaf yoluna nəzər salınıb, dövlətin hüquq siyasətinin həyata keçirilməsində mühüm rolu vurğulanıb.

Görüşdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklərdən bəhrələnmək imkanları müzakirə olunub, məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya və probasiya institutlarının tətbiqi, məhkəmə ekspertizası sahəsində faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Qonaqların diqqəti, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistanın torpaqlarımıza qarşı davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.

Tədbirdə hər iki dövlətin səfirləri Cavanşir Axundov və Yuris Maklakovs iştirak ediblər.

Səfər çərçivəsində Latviya nümayəndə heyətinin, ədliyyə sahəsində göstərilən elektron xidmətlər, qeydiyyat və notariat fəaliyyəti, nazirliyin informasiya resursları, həmçinin bölgələrdə yerli və regional ədliyyə qurumlarının fəaliyyəti, müasir məhkəmə infrastrukturu və informasiya texnologiyalarının tətbiqi, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də geniş xidmətlər göstərdiyi "ASAN xidmət” mərkəzinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM