Alternative content

16:25 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paolo Alli: Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır
Paolo Alli: Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır
ANA SƏHİFƏ / PARLAMENT
20:13 13.09.2018

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 13-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, NATO ilə əməkdaşlıq ölkə siyasətinin əsas prinsiplərindən biridir. Azərbaycanın 24 ildir bu qurumla uğurlu əməkdaşlıq etdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, bu illər ərzində NATO-nun ən yüksək səviyyəli nümayəndələrinin ölkəmizə səfərləri olub.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan NATO tərəfindən həyata keçirilən sülhməramlı dəstək proqramlarında iştirak edir. Hazırda 120 Azərbaycan əsgəri Əfqanıstanda xidmət edir. Milli Məclisin sədri ölkəmizin təkcə NATO ilə deyil, həmçinin NATO Parlament Assambleyası ilə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov NATO PA-da bu məsələ ilə əlaqədar sənədin qəbulunun vacibliyini qeyd edib.

NATO-da enerji təhlükəsizliyinin çox vacib məsələ olduğunu deyən Milli Məclisin sədri bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Qədim İpək yolunun dəmir yoluna çevrilməsi layihəsi Asiya və Avropa arasındakı məsafəni daha da azaldır.

NATO Parlament Assambleyasının sədri Paolo Alli söyləyib ki, Cənubi Qafqazdakı təhlükəsizlik bütövlükdə dünya üçün olduqca böyük əhəmiyyət kəsb edir. "Biz bilirik ki, Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır”,- deyə Paolo Alli qeyd edib. O, Azərbaycanın NATO əməliyyatlarındakı uğurlu iştirakını da xüsusi qeyd edib.

Paolo Alli Azərbaycan nümayəndə heyətinin NATO PA-dakı fəaliyyətini təqdirəlayiq hal hesab edib.

Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM