Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan badmintonçuları beynəlxalq reytinq cədvəlində irəliləyiblər
Azərbaycan badmintonçuları beynəlxalq reytinq cədvəlində irəliləyiblər
ANA SƏHİFƏ / İDMAN
20:03 13.09.2018

Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, "Belarus International-2018” turnirində həm şəxsi, həm qoşa yarışlarda birinci olan Edi Reski Dviçayo siyahıda 10 pillə irəliləyib. Dviçayo hazırda reytinqdə 129-cu sıradadır. Badmintonçumuzun hesabında 13 min 50 reytinq xalı var.
Siyahıda 3 pillə irəliləyən "Belarus International-2018” turnirinin qoşa yarışlarının qalibi Ezmi Qovimuramadhoni isə reytinqdə 283-cü yerdədir. Ezminin hesabındakı xalların sayı 4 min 728-ə bərabərdir.
Badmintonçularımız kişilərin qoşa reytinqində 21 pillə irəliləyiblər. Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü hazırda reytinqdə 121-ci sıradadır. Təmsilçilərimizin hesabında 10 min 520 reytinq xalı var.