Alternative content

12:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözlər üçün faydalı meyvə-tərəvəzlər
Gözlər üçün faydalı meyvə-tərəvəzlər
ANA SƏHİFƏ / Səhiyyə
16:30 13.09.2018

Bir sıra meyvə və tərəvəzlər gözün görmə qabiliyyətini yaxşılaşdırır.

Bakı şəhər 3 nömrəli poliklinikanın həkim-oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a hansı meyvə və tərəvəzin görmə qabiliyyətinə necə təsir etdiyi barədə məlumat verib.

O bildirib ki, yerkökü karotinoid mənbəyidir və görmə itiliyini artırır. Kəsilmiş malın qaraciyərində olan retinol görmə sinirinin işini yaxşılaşdırır. Yağlı balıq növləri A vitamin və aminturşu mənbəyidir, gözün normal fəaliyyətini təmin edir. İspanaq lüteinlə zəngin olduğuna görə göz bülluru üçün faydalıdır.

Həkim-oftalmoloq deyib: "Antioksidantlarla zəngin qaragilə göz kapilyarlarını qidalandırır. Şirin bibər göz damarlarının tonusunu normallaşdırır. C vitamin ilə zəngin sitrus meyvələri gözün yerli qan dövranını yaxşılaşdırır. C və E vitamin ilə zəngin olan kivi isə torlu qişaya müsbət təsir edir. İtburnu bitkisi gözün yerli qan dövranını yaxşılaşdırır. A, B, C vitaminləri ilə zəngin olan cəfəri isə göz yorğunluğunu azaltmağa kömək edir”.