Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dişlərin sadə fırçalanması ağızın yalnız 25 faizini təmizləyir
Dişlərin sadə fırçalanması ağızın yalnız 25 faizini təmizləyir
ANA SƏHİFƏ / Səhiyyə
16:21 13.09.2018

İnsan nəfəsində hiss olunan xoşagəlməz qoxu qalitoz adlanır.

İnkişaf etmiş ölkələrdə qalitozun yayılma dərəcəsi təxminən 30-65 faiz arasında dəyişir. Ararşdırmalar göstərib ki, ABŞ-da təxminən 60 milyon insan öz nəfəsindən xoşagəlməz qoxu gəldiyini hesab edir. Yaponiyada stomatoloqun yanına daim gedən biznesmenlərin 72 faizi ağzından gələn qoxudan narazıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-pediatrı, ATU-nun uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva universitetin mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: "Qalitozlar üç cür klassifikasiya olunur: patoloji, yəni həqiqi qalitoz. Bu problem zamanı ətrafdakı insanlar tərəfindən xoşagəlməz qoxu həqiqətən hiss olunur, psevdoqalitoz-xəstə tərəfindən pis qoxu kimi qəbul edilən, lakin çox az hiss olunan, praktik olaraq seçilməyən qoxu və qalitofobiya-xəstənin pis qoxunun mövcud olmasına əmin olduğu zaman, əslində nəfəslə verdiyi havada heç bir xoşagəlməz qoxunun olmamasıdır”.

Patoloji qalitoz ağız boşluğunda və kənarda hiss oluna bilər. Problemin yaranma səbəbləri patoloji prosesin lokalizasiyasından asılıdır. Səbəblərin 90 faizini ağız boşluğu, burun, ağız udlaq, burun udlaq, qırtlaq, traxeya, yemək borusu, mədə-bağırsaq və s. bağlı problemlər təşkil edir. Ağız boşluğunda iltihabi proseslər (stomatitlər, damaqların iltihabı və s) və onların qalıqları, bakteriyalar, kariyes, dişlər arası böyük məsafələr də pis iy mənbəyi ola bilər. Dildə ərpin çox olması da pis iyə səbəb ola bilər və bu iy dişlərin təmizlənməsi və qida qəbulundan sonra keçib getmir. Ağızda quruluğun olması ağız boşluğunda bakteriyaların sayının artmasına, dişlərdə və dildə ərpin miqdarının çoxalmasına səbəb olur. Bəzi dərmanlar ağızda quruluq yarada bilər. Bunlar sidik qovucular, antihistaminlər, trisiklik antidepressantlar və s-dir.

Qalitozun növlərini bir-birindən ayırmaq vacibdir. Belə ki, müxtəlif patoloji hallardan meydana çıxan bu problemlərin hər biri xüsusi yanaşma tələb edir.

Onu da qeyd etmək lazımdır ki, dişləri təmizlənməsi qədər dilə də diqqət yetirmək mütləqdir. Belə ki, xoşagəlməz qoxuya səbəb olan bakteriyaların əksəriyyəti dildə və dişlər arasında məskunlaşır. Yadda saxlamaq lazımdır ki, dişlərin sadə fırçalanması ağızın yalnız 25 faizini təmizləyir. Ağız boşluğunun praktik olaraq 100 faiz təmizliyinə nail olmaq üçün beş yaşdan sonra uşaqlar üçün yaxalayıcıdan istifadə etmək lazımdır. Bütün bu qaydalara riayət olunduğu təqdirdə ağızdan pis qoxu hiss olunursa, bu zaman həkimə müraciət etmək mütləqdir.