Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daxili İşlər Nazirliyi: Transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib
Daxili İşlər Nazirliyi: Transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:20 13.09.2018

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində şəhər ərazisində narkotik vasitə satmaq istəyən Cəlilabad rayon sakinləri Şahlar Qasımov və Əhməd Əhmədov polislər tərəfindən saxlanılıb. Onların üzərilərinə və Ə.Əhmədovun idarə etdiyi "VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman 1 kiloqram 5 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni iyulun 27-də dəstənin digər üzvləri Yaşar Qasımov və Süleyman Məhərrəmovla birlikdə Yardımlı rayonu Aruz kəndi ərazisində İran vətəndaşı Rza adlı şəxsdən satmaq məqsədilə aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dəstənin adıçəkilən üzvləri, o cümlədən İran vətəndaşı Cavadi Rza Əlirza oğlu da saxlanılaraq istintaqa təqdim ediliblər.

İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan Azərbaycan vətəndaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında Rza Cavadidən ümumi çəkisi 3 kiloqram 590 qram heroin və 932 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki əldə ediblər. Saxlanılan şəxslərin Cəlilabad rayonunda gizlətdikləri narkotik vasitələrin qalan hissəsi də aşkar olunaraq götürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.