Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi başlayıb
Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi başlayıb
ANA SƏHİFƏ / DÜNYA
16:11 13.09.2018

Qananın paytaxtı Akkra şəhərində BMT-nin sabiq baş katibi və Nobel sülh mükafatı laureatı Kofi Annanın dəfn mərasimi başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, vida mərasimi Akkranın beynəlxalq konfrans mərkəzində keçirilir. Mərasimdə BMT-nin hazırkı Baş katibi Antoniu Quterriş, həmçinin bir sıra Afrika ölkələrinin siyasətçiləri, o cümlədən Efiopiya, Serra-Leone və Namibiya prezidentləri, Nigerin Baş naziri və Anqolanın vitse-prezidenti iştirak edir.

Kofi Annanın nəşi sentyabrın 10-da Qanaya gətirilib və Akkranın hərbi qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Annan 80 yaşında qısa sürən xəstəlikdən sonra avqustun 18-də İsveçrədə vəfat edib. O, 1997-ci və 2001-ci ildə iki dəfə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.