Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda siyasi böhran dərinləşir
Ermənistanda siyasi böhran dərinləşir
ANA SƏHİFƏ / DÜNYA
14:42 13.09.2018

Ermənistanda hökm sürən siyasi böhran dərinləşir. Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasındakı telefon danışığının səs yazısı ölkə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın iki xüsusi xidmət orqanı rəhbərinin telefon danışığına dair səs yazısı ölkənin hakim dairələrində kimin hansı maraqlara xidmət etdiyini üzə çıxarıb. Bu hadisə səriştəsiz komanda üzvlərini və onlara göstəriş verən baş naziri çətin vəziyyətə salıb.

Erməni politoloqların sözlərinə görə, bu, sübut edir ki, Ermənistandakı həbslər siyasi maraq daşıyır. Səs yazısında Vanetsyan sabiq prezident Köçəryanın işinə baxan hakimlə söhbətindən danışır. O, hakimə keçmiş prezidentin həbsi haqqında qərar verməyi tapşırır. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bu qalmaqala münasibət bildirərək qeyd edib ki, Paşinyanı monarx elan etmək lazımdır. O, özü kimi nə vaxt həbs etmək lazım olduğuna qərar verəcək. Şarmazanovun sözlərinə görə, əgər orta əsrlərdə "dövlət mənəm” deyirdilərsə, ölkənin indiki hakimiyyəti daha da irəli gedib və "dövlət mənimdir” deyir. Paşinyan əsəbiləşən kimi sağa-sola təhdidlər yağdırır, Təhlükəsizlik Xidmətindən kömək istəyir.

Paşinyanın siyasi rezonans doğura biləcək həbslərə görə məsuliyyət daşıdığını bildirən Köçəryan isə erməni cəmiyyətinin yeni diktator qazandığını deyib. Köçəryanın ironiyası Paşinyanı özündən çıxarıb. İrəvan meriyası funksiyasını yerinə yetirən Ağsaqqallar Şurasına seçkilər kampaniyası çərçivəsində keçirilən mitinqdə emosiyalarına hakim ola bilməyən baş nazir ölkənin xüsusi xidmət orqanlarının danışıqlarının gizli şəkildə dinlənilməsini xəyanət, dövlətçiliyə qarşı cinayət adlandırıb. Paşinyan Köçəryan və Sarkisyana mənimsədikləri pulları könüllü olaraq dövlətə qaytarmağı da tövsiyə edib. Bildirib ki, onlar 20 ilə yaxın müddətdə ölkəni talayaraq var-dövlətə sahib olublar. O, bütün həbslərin məsuliyyətini üzərinə götürdüyünü də bəyan edib.