Alternative content

12:14 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Akif Əlizadə: Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir
Akademik Akif Əlizadə: Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir
ANA SƏHİFƏ / Elm və texnika
13:53 13.09.2018

Sentyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları məzarların üzərinə güllər qoyublar.

Daha sonra tədbir iştirakçıları 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Bakının azad olunması Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir. O deyib: "Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olmuş Bakı 1918-ci ildə yenidən paytaxt statusu aldı”. Tarixçi alim bildirib ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar.

Konfransın təşkilatçılarından olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Mehmet Ali Beyhan AMEA-nın Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edib və iki elmi qurumun birgə fəaliyyətini yüksək dəyərləndirib.

Daha sonra konfransda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan və Türkiyənin şərəfli tarixi var. Biz öz zəngin və şərəfli tariximizlə həmişə fəxr edir, sonsuz qürur hissi keçiririk. Bakının Erməni- bolşevik işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna rolundan danışan Ə.Əhmədov bu şanlı tarixin heç vaxt unudulmayacağini vurğulayıb.

Müasir dünyada gedən ictimai-siyasi proseslərdən bəhs edən Ə.Əhmədov Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinin əhəmiyyətlini diqqət çatdırıb.

Sentyabrın 16-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan tarixçilərinin "Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, "Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, "Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, "Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, "Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, "Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinləniləcək.