Alternative content

12:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FIFA icarəyə verilən futbolçulara görə klublara məhdudiyyət qoya bilər
FIFA icarəyə verilən futbolçulara görə klublara məhdudiyyət qoya bilər
ANA SƏHİFƏ / İDMAN
13:50 13.09.2018

FIFA icarəyə verilən futbolçuların sayına görə klublara məhdudiyyət qoya bilər.
AZƏRTAC "Sport Bild” nəşrinə istinadla xəbər verir ki, FIFA maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək. Klublar bu oyunçuları daha da inkişaf etdirmək üçün limitsiz icarə edə bilərlər.
FIFA-nın qərarı qüvvəyə minərsə, bu, ən çox İngiltərənin "Çelsi” və İtaliyanın "Yuventus” klublarına təsir edəcək. Belə ki, "Çelsi” bu yay transferində 40, "Yuventus” klubu isə 26 gənc oyunçu icarəyə verib.