Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:59 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrası fəaliyyətə başlayıb
Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrası fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / Təhsil
00:33 13.09.2018


Milli Aviasiya Akademiyasında tədris ili ərəfəsində tam yenidənqurmadan sonra "Aeronaviqasiya” kafedrasının korpusu fəaliyyətə başlayıb. "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 12-də AZAL-ın prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, professor-müəllim heyəti kafedrada yaradılmış şərait ilə tanış olub.

"Azərbaycan Hava Yolları” QSC-nin və onun struktur bölməsi olan "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə kafedra müasir tələblərə uyğun tam müasirləşdirilib.

Kafedrada tədris prosesi üçün zəruri olan yeni interfeyslər və texnologiyalar tətbiq olunub. Kafedranın tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılıb və ICAO Doc.10056 ("HHİ-nin dispetçerləri qismində təlim və qiymətləndirmə”) rəhbər prinsiplərinin tələblərini, Avropa uçuşların təhlükəsizliyi standartları (EASA), həmçinin mülki aviasiya mütəxəssislərinin hazırlığı və təlimi təşkilatlarına (ATO) dair Avropa komissiyasının №2015/340 reqlamentinin beynəlxalq standartlarını əks etdirir.

Eyni zamanda, Almaniya "DFS-Academy” Aeronaviqasiya Akademiyasının "DFS e-learning” auditoriyası istismara verilib. "DFS-Academy” tərəfindən həyata keçirilən məsafədən daxil olmaqla tədris proqramı 12 fənnə əsaslanır. Tədris bilavasitə "DFS-Academy”nin məlumat bazası vasitəsilə onlayn rejimdə həyata keçirilir.

Milli Aviasiya Akademiyası və Almaniya Aeronaviqasiya Akademiyası arasında əldə olunan razılaşmaya əsasən, Bakıda DFS Almaniya Aeronaviqasiya İnstitutunun yaradılması planlaşdırılır. Bu, milli kadrların peşəkar hazırlıq səviyyəsini artıracaq və bu ixtisas üzrə xarici tələbə axını cəlb edəcək.

İnstitut Hava Hərəkəti İdarəsi qülləsinin real imitasiyası və 360 dərəcə tam görünüş sahəsi ilə peşəkar 3D trenajorla təchiz olunacaq. Milli Aviasiya Akademiyasının müəllimləri bu tədris metodu çərçivəsində xüsusi hazırlıq keçəcək.

Qeyd edək ki, "Aeronaviqasiya” kafedrası 2008-ci ildən fəaliyyət göstərir və "Hava hərəkətinin idarə olunması” və "Aeronaviqasiya təminatı” ixtisasları üzrə bakalavr hazırlığını həyata keçirir. Həmçinin "Hava hərəkətinin idarə olunması mühəndisliyi” ixtisası üzrə magistr hazırlığını həyata keçirir. Hazırda kafedrada 117 tələbə təhsil alır.

Kafedranın müəllim heyətinə AZANS-ın aparıcı mütəxəssislərinin cəlb olduğunu nəzərə alaraq, mülki aviasiyanın bu mühüm sahəsinin tədris prosesinə real təcrübə təmin olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM