Alternative content

03:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha bir yolun yenidən qurulması sona çatır
Daha bir yolun yenidən qurulması sona çatır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:29 13.09.2018


20 mindən çox əhalinin yaşadığı və 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır. Layihə əsasında yolboyu tam yeni və müasir infrastruktur yaradılır.

Yenidənqurma işləri çərçivəsində eni 7 metr olan yolun hərəkət hissəsi 8-9 metrə qədər genişləndirilib, yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik 16,5 min kvadratmetr sahədə piyada səkiləri tikilib, kənarlarına 11 min poqonmetrdən çox yeni səki daşı düzülüb.

Bunlardan əlavə, yolun köhnə asfalt-beton örtüyünün üst qatı 32,6 min kvadratmetr sahədə frezlənərək kənara daşınıb, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib, 28 min kubmetr yararsız qrunt qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Hazırda yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Bu işlər 60 min kvadratmetrə yaxın sahəni əhatə edir.

Yolboyu 11 avtobus dayanacağı yeni nişanlar quraşdırılacaq, yol-cizgi, yolgöstərici piyada zolaqları çəkiləcək. İşlərin yaxın aylarda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.