Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:17 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rayonlarda pambıq yığımına start verilib
Rayonlarda pambıq yığımına start verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:29 13.09.2018


Kürdəmir rayonunda kütləvi pambıq yığımına başlanılıb və qısa vaxtda 100 tona yaxın məhsul toplanıb. Bunun 65 tondan çoxu qəbul məntəqələrinə təhvil verilib.

600 nəfərədək işçi qüvvəsinin cəlb olunduğu yığım kampaniyası mütəşəkkil keçir. Muradxan, Mehdili, Karrar kənd, Qocalı, Qarasaqqal, Carlı, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində tarlalardan bol məhsul gözlənilir.

Məlumat üçün bildirək ki, bu il rayonda 5030 hektarda pambıq yetişdirilib. Sahələrin 3500 hektarında məhsul maşınlarla yığılacaq. Yığımda 12 pambıqyığan maşınından istifadə olunacaq.

Zərdabda isə cari mövsüm 3232 hektarda məhsul yetişdirilib. Hər yerdə yığıma ciddi hazırlıq görülüb. Ağır zəhmət bahasına yetişdirilən məhsulun toplanmasına 5000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub, daşınması üçün kifayət qədər texnika ayrılıb. Pambığın 50 faizinin maşınlarla toplanması nəzərdə tutulub. Bu məqsədlə sahələrin kənarları hamarlanıb, texnikanın rahat hərəkəti üçün şərait yaradılıb.

Zərdablı pambıqçılar ilk günlər 61 tondan çox məhsul yığıblar. Əksər ərazilərdə, o cümlədən Bəyimli qəsəbə, Körpükənd, Şahhüseynli, Alıcanlı və bir sıra digər ərazilərdə yığım daha sürətlə gedir.

Neftçalada pambıq yığımına start verilib. Pambıqçılar qısa müddətdə 25 tondan çox "ağ qızıl” topalayaraq qəbul məntəqələrinə göndəriblər.

AZƏRTAC xəbər verir ki, bu il rayonda fəaliyyət göstərən 3 şirkətlə, ümumilikdə, 979 mülkiyyətçi müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən rayonda 7 min hektar sahədə pambıq əkilib. Fermer və torpaq mülkiyyətçiləri nümunəvi becərmə işləri apardıqlarından sahələrdə bol məhsul yetişib.

Təcrübəli pambıqçı Təyyubə İbrahimova 25 hektarda pambıq becərib və bu günlərdə məhsul yığımına başlayıb. "Məhsulumuz boldur. İndi qarşıda duran əsas vəzifə pambığı qısa müddətdə toplayaraq təhvil verməkdir. Bunun üçün bütün qüvvəmizi səfərbər etmişik. Gün ərzində 180-200 kiloqram məhsul yığırıq” - deyə pambıqçı bildirib.

Sahələrdə bol məhsulun yetişməsi məhsul istehsalçılarını çox sevindirir, çünki pambıq əkən fermerlər bu mövsüm məhsulun hər kiloqramını 60 qəpiyə sata biləcəklər. Eyni zamanda, əlavə olaraq 10 qəpik də subsidiya ödəniləcək.

Yığılmış məhsulu qəbul etmək üçün rayonda 4 pambıq qəbul məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə məhsul qəbulunu fasiləsiz həyata keçirmək üçün bütün zəruri hazırlıq işləri görülüb. Artıq ilk məhsul məntəqələrə daxil olmaqdadır.

Pambıq sahələrinin məhsulunun 50 faizdən çoxunun pambıqyığan kombaynlarla toplanılması nəzərdə tutulub. Bunun üçün 15 pambıqyığan maşın hazır vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib. Qeyd edək ki, neftçalalı fermerlər bu mövsüm pambıq sahələrinin hər hektarından 20-25 sentner məhsul götürməyi qarşıya məqsəd qoyublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM