Alternative content

12:50 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planı hazırlanacaq
Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planı hazırlanacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 13.09.2018


Bunu AZƏRTAC-a açıqlamasında Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının idarə heyətinin sədri Samir Eyyubov deyib.

Assosiasiya sədri bildirib ki, süd, qatıq, ayran, yumşaq pendirlər kimi sahələrdə süd emalı müəssisələrimiz daxili tələbatı ödəyir: "Ancaq iki məhsul var ki, onlardan asılılığımız 60-70 faizə bərabərdir. Bu, kərə yağı və bərk pendirlərdir. Südün ən çox istifadə olunduğu məhsullar da məhz bunlardır”. Bir müddət öncə həm Kənd Təsərrüfatı Nazirliyində, həm də İqtisadiyyat Nazirliyində görüşlər keçirdiklərini xatırladan S.Eyyubov qeyd edib ki, danışıqlar zamanı mövcud çətinliklər və problemlər qaldırılıb, onların həlli yolları müzakirə olunub, tədbirlər planının hazırlanması gözlənilir.

Cins heyvanların daha məhsuldar olduğunu bildirən assosiasiya sədri hazırda respublikada 55 min başa yaxın cins heyvanın bəslənildiyini deyib: "Növbəti illərdə onların sayı artacaqdır. Belə ki, işçi müqaviləyə əsasən, gələn il ölkəmizə daha 5 min baş cins heyvan gətiriləcək”.