Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:31 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın yeni pasportu ona yaşayış yerində təqdim edilib
Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın yeni pasportu ona yaşayış yerində təqdim edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:00 12.09.2018

Azərbaycanın Rusiyadakı səfirliyi Ulyanovskda yaşayan Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın yeni pasportunu ona təqdim edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səfir Polad Bülbüloğluna müraciət edərək, Ulyanovsk vilayətində yaşayan Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın ümumvətəndaş pasportunun müddətinin bitdiyini bildirib. T.Moskalkova Raisa Qalkinanın səhhəti ilə bağlı uzaq məsafə qət etməkdə çətinlik çəkdiyini və bu səbəbdən də yeni pasportunun ona yaşayış yerində verilməsində kömək göstərilməsini xahiş edib.

Səfir Polad Bülbüloğlunun tapşırığına əsasən, səfirliyin konsulluq şöbəsi tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq Raisa Qalkinanın biometrik məlumatları götürülərək aidiyyəti üzrə göndərilib. Azərbaycanın müvafiq qurumları tərəfindən pasport qısa müddətdə dəyişdirilərək səfirliyə təqdim olunub.

Sentyabrın 12-də səfirliyin konsulluq şöbəsinin əməkdaşı Müsənnif Dadaşov Ulyanovsk vilayətinə ezam olunaraq, Larisa Qalkinaya yeni pasportunu təqdim edib.

Görüşdə Ulyanovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Lyudmila Krutilina, Rusiya İnsan Hüquqları üzrə Ombudsman Aparatının nümayəndələri Sergey Andrianov və Aleksandr Pelipçuk iştirak ediblər.

Ulyanovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Lyudmila Krutilina və Raisa Qalkina pasportun dəyişdirilməsində göstərilmiş köməyə görə Azərbaycan səfirliyinə təşəkkürlərini bildiriblər.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM