Alternative content

16:00 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri: Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetiriləcək
Təhsil naziri: Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetiriləcək
ANA SƏHİFƏ / Təhsil
23:56 12.09.2018

"Şagirdin əsas işi məktəbə getmək, dərs oxumaqdır. Düşünürəm ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetirəcək”.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəb rəhbərliyi və sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. C.Bayramov deyib: "Hesab edirik ki, bu ismarıclar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştiraklarında maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.