Alternative content

10:03 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhəbbət Vəliyeva: Məktəb forması ilə bağlı valideyn qarşısında tələb qoyulması tamamilə qanunsuz davranışdır
Məhəbbət Vəliyeva: Məktəb forması ilə bağlı valideyn qarşısında tələb qoyulması tamamilə qanunsuz davranışdır
ANA SƏHİFƏ / Təhsil
23:56 12.09.2018
İstər məktəbli forması, istərsə də məktəb ləvazimatlarının əldə olunması ilə bağlı məktəb direktorunun və ya təhsil müəssisəsində çalışan digər işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır.

AZƏRTAC xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BŞTİ-yə bu kimi məlumatlar daxil olduqda müvafiq addımlar atılır. M.Vəliyeva deyib: "Heç bir direktorun əlində əsas yoxdur ki, valideyni bu və ya digər məktəbli formasını almağa məcbur etsin. Sadəcə olaraq, məktəblərin ümumi nizamnaməsinə görə şagirdlər məktəbə formada gəlməlidirlər”.

Məktəbli formasının təhsil müəssisəsi tərəfindən müəyyənləşdirildiyini bildirən nazir müavini deyib: "Valideynlərə bu formanı sərbəst seçmək imkanı yaradılmalıdır. İstər məktəbli formasının, istərsə də digər məktəb ləvazimatlarının alınmasında valideynlərə qarşı məcburiyyət tətbiq olunarsa, onlar bu barədə Təhsil Nazirliyinin "qaynar xətt” xidmətinə, yaxud da BŞTİ-yə müraciət etsinlər”.