12 Sentyabr 2018 20:02
368
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Beynəlxalq Enerji Agentliyinin əməkdaşlığının perspektivləri nəzərdən keçirilib


Azərbaycanla Beynəlxalq Enerji Agentliyinin (IEA) əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, sentyabrın 12-də şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarlarının inkişaf tendensiyaları, habelə SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi və bu ildə artıq istismara verilən böyük sənaye layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və SOCAR-ın qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Həmçinin Azərbaycanla Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

R.Abdullayev Azərbaycanın Avropanın qlobal enerji təhlükəsizliyi çərçivəsində mühüm rol oynadığını, Cənub Qaz Dəhlizinin həm Azərbaycanın qaz ixrac marşrutlarının, həm də Avropada qaz təchizatının mənbələrinin şaxələnməsində mühüm rol oynadığını vurğulayıb: "Dünyanın ən böyük və mürəkkəb sənaye layihələrindən biri olan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi nəticəsində təbii qaz Xəzər hövzəsindən Avropa bazarına nəql olunacaq. Cənub Qaz Dəhlizi dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz” yatağından təbii qazı beynəlxalq bazarlara çıxarmaqla yanaşı, həm də üçüncü tərəflərdən də əlavə qaz həcmlərini qəbul etmək imkanına malikdir”.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru F.Birol dünya neft və qaz bazarının inkişaf perspektivlərinə dair bildirib ki, neft, qaz və neft-kimya məhsullarına qlobal tələbatın artımı fonunda neft-qaz resurslarının hasilatı və emalı Azərbaycan üçün də gələcəkdə böyük əhəmiyyət kəsb edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video