12 Sentyabr 2018 19:57
404
CƏMİYYƏT
A- A+

Suraxanıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib


Sentyabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. İ.Abbasov, eyni zamanda, rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən də bəhs edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İslam dini cəmiyyətin inkişafında mütərəqqi rol oynayır, eləcə də dinimiz bizim mənəvi tərbiyəmizə və ruhumuza təsir edir. Ulu öndər Heydər Əliyevin "Dinimiz milli-mənəvi sərvətimizdir” fikrini xatırladan Komitə sədri vurğulayıb ki, xalqımız hər zaman öz milli-mənəvi, o cümlədən dini dəyərlərinə sadiqlik nümayiş etdirir.

İslam dininin elmin, mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdıran M.Qurbanlı dinimizin xurafata, dini radikalizmə qarşı olduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov və digərləri çıxışlarında qeyd ediblər ki, Məhərrəm ayı ilə əlaqədar bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da Aşura mərasimləri qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video