12 Sentyabr 2018 19:53
433
İQTİSADİYYAT
A- A+

Yaxın vaxtlarda Azərbaycan və Çexiya energetika sahəsində əməkdaşlıq haqqında Saziş imzalaya bilər


Yaxın vaxtlarda Azərbaycan və Çexiyanın müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş imzalana bilər.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyəti ilə nazir Pərviz Şahbazovun görüşündə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı və bu əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Çexiyanın neftə olan tələbatının mühüm bir hissəsinin Azərbaycan hesabına təmin edildiyini qeyd edən sənaye və ticarət naziri xanım M.Novakova enerji sahəsində gələcək əməkdaşlığı təmin edəcək istiqamətlər barədə danışıb.

Bildirilib ki, Çexiya Azərbaycanda xam neft, təbii qaz, elektrik enerjisi, neft-kimya sənayesində yeni obyektlərin tikintisi və yenidən qurulmasında maraqlıdır. Hazırda iki ölkə arasında yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyi üzrə təcrübə mübadiləsinin aparılması, alternativ və bərpaolunan enerji resursları və texnologiyaları, bioenerji, tullantıların istifadəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

Çexiya ilə enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirən Pərviz Şahbazov bu münasibətlərin dərinləşməsi üçün böyük potensialın olduğunu bildirib. Nazir alternativ enerji mənbələrindən istifadə üzrə bu ölkənin "Mavel” və "PBS Power Equipment” şirkətləri ilə danışıqlar aparıldığını və Çexiya təcrübəsinin bərpaolunan enerji sahəsində faydalı olacağını qeyd edib.
Görüşdə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən bəhs edilib. İki ölkənin müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Sazişin yaxın vaxtlarda imzalanmasının vacibliyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video