Alternative content

05:07 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahin Mustafayev: Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq
Şahin Mustafayev: Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:06 12.09.2018

Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Görüşdə Ş.Mustafayev Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadi, ikiqat vergitutma, sərmayələrin təşviqi və qorunması sahələrində 25 sənəd imzalanıb.

Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir komissiyanın növbəti iclasının Çexiyada keçiriləcəyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri genişlənir və ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir və çex şirkətləri ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Mərkəzi Avropa üzrə Azərbaycan ticarət nümayəndəsinin təyin olunması Çexiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli mexanizmdir. Bununla yanaşı, Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları da araşdırılacaq.

Bildirilib ki, Azərbaycan və Çexiyanın sənaye, tranzit, İKT, maliyyə, sığorta, turizm sahələrində əməkdaşlıq imkanları genişdir. Belə ki, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində Çexiya şirkətləri iştirak edə, birgə müəssisələr yaradıla bilər. Kimya sahəsində əməkdaşlıq imkanları genişdir və bunun üçün Azərbaycanda ixtisaslaşmış Sumqayıt Kimya Sənaye Parkı, polietilen və propilen istehsal edən zavod fəaliyyət göstərir. Bundan başqa, Çexiya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə, əczaçılıq sahəsində əməkdaşlıq həyata keçirilə bilər.

Çex Respublikasının sənaye və ticarət naziri xanım M.Novakova Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, Çexiyanın ölkəmizlə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bu sahədə fikirlərini bölüşən nazir sənayenin müxtəlif sahələri, tikinti, turizm, logistika, İKT, birgə müəssisələrin yaradılması sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını qeyd edib. O, Praqada və Çexiyanın digər şəhərlərində Azərbaycanın Ticarət evlərinin açılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, bunun ticarət əlaqələrinin genişləndirilməsi və Azərbaycan məhsullarının Çexiyaya ixracının artırılmasında önəmini qeyd edib.