Alternative content

14:39 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda mitinqdə terror aktı qurbanlarının sayı 68 nəfərə çatdı
Əfqanıstanda mitinqdə terror aktı qurbanlarının sayı 68 nəfərə çatdı
ANA SƏHİFƏ / DÜNYA
17:57 12.09.2018


Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətinin inzibati mərkəzi Cəlalabad şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 68 nəfərə çatmış, 128 nəfər yaralanmışdır. Bu barədə Səhiyyə Nazirliyinin məlumatına istinadən yerli KİV xəbər verir.

Srağagün axşam intiharçı-terrorçu yerli polis idarəsi rəisinin cəzalandırılmasını tələb edən nümayişçilərin arasında üstündəki partlayıcı qurğunu işə salmışdır.

Etiraz aksiyasında 400-ə yaxın adam iştirak etmişdir. Momand-Dərə rayonunda çadırlar qurmuş mitinqçilər bir müddət Cəlalabad-Turhan avtomobil yolunu bağlamışlar. Həmin vaxt partlayış baş vermişdir.

Ölkədə fəaliyyət göstərən ekstremist təşkilatların heç biri hələ ki terror aktına görə məsuliyyəti üzərinə götürməmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM