12 Sentyabr 2018 17:56
340
DÜNYA
A- A+

Vladimir Putin Yaponiyaya sülh sazişi təklif etdi

Rusiya artıq cari ilin sonunadək heç bir ilkin şərt olmadan Yaponiyaya sülh sazişi bağlamağı təklif edir. Bu cür bəyanatla Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Vladimir Putin çıxış etmişdir. Rusiya Prezidenti ilə yanaşı, forumda Yaponiya, Çin, Cənubi Koreya və Vyetnam rəhbərləri iştirak etmişlər.

"Rossiya 24” telekanalının xəbərinə görə, Putin Yaponiyanın Baş naziri Sindzo Abeyə müraciət edərək təklif səsləndirmişdir: "Gəlin sülh sazişi bağlayaq – indi yox, ilin sonunadək – heç bir ilkin şərt irəli sürmədən. Sonra isə sülh sazişi əsasında dost kimi bütün mübahisəli məsələlərin həllini davam edək”.

İclas iştirakçıları Rusiya Prezidentinin bu sözlərini alqışlarla qarşılamışlar. Putin isə bildirmişdir ki, artıq 70 ildir Rusiya ilə Yaponiya arasında danışıqlar davam edir. Buna görə yanaşmanın dəyişməsi mürəkkəb problemlərin həllini asanlaşdırmalıdır.

Xatırladaq ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Yaponiya ilə sülh sazişi imzalanmamışdır. Belə ki, Tokio bunun üçün Kunaşir, Şikotan, İturup və Xabomai adalarının qaytarılmasını tələb edir. Moskvada isə bununla razılaşmırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video