12 Sentyabr 2018 17:49
403
SİYASƏT
A- A+

Tomas Qreminger: Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə mühüm töhfələr verir


ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 12-də ADA Universitetində "ATƏT dialoqun yenilənməsi və inamın bərpa olunması üçün platforma kimi” mövzusunda mühazirə oxuyub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Tomas Qremingerin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

ATƏT-in baş katibi Bakıya səfərindən, ADA Universiteti kimi nüfuzlu təhsil ocağında məruzə ilə çıxış etməkdən məmnunluğunu bildirib. Baş katib qeyd edib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır. Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına mühüm töhfələr verir. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur.

Tomas Qreminger bildirib ki, hazırda dünyada hərbi konfliktlərin mövcud olduğu bölgələrin coğrafiyası genişlənməkdə davam edir. Hər yerdə sülhün bərqərar olması, dialoq platformasının yenilənməsi və inamın bərpa olunması istiqamətində ciddi addımların atılması olduqca vacibdir.

Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ilə bağlı fikirlərini də bölüşüb. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri təşkilatın Nazirlər Şurasının Brüsseldə keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər. "Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik”, - deyə Tomas Qreminger bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video