Alternative content

12:48 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BDU ilə Van Yüzüncü Yıl Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
BDU ilə Van Yüzüncü Yıl Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
ANA SƏHİFƏ / Təhsil
17:44 12.09.2018

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Van Yüzüncü Yıl Universiteti arasında memorandum imzalanıb

BDU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıqdan danışıb. Rektor Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib.

Elm, təhsil sahəsində qardaş ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayan rektor bu istiqamətdə müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonra universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, anlaşma memorandumu imzalanıb.

Sənəddə əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, birgə konfrans və simpoziumların təşkili və s. məsələlər əksini tapıb.

Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, beş institutu, dörd məktəbi, bir konservatoriyası, 43 tədqiqat mərkəzi var.