12 Sentyabr 2018 17:41
918
PARLAMENT
A- A+

Tomas Qreminger: Azərbaycan ilə ATƏT arasındakı münasibətlərin daha da inkişafı üçün imkanlar mövcuddur


Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov ATƏT-in baş katibinin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə ATƏT arasındakı münasibətlərdən danışan Milli Məclisin sədri ölkəmizin 25 ildən artıqdır qurumla uğurlu əməkdaşlıq etdiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov deyib ki, ATƏT-in Minsk qrupu indiyədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görməyib. Bu da Minsk qrupuna olan inamı azaldır. Bütün bunlara baxmayaraq, Azərbaycan Minsk qrupunun vasitəçiliyinə nikbin baxır.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

İlk dəfə ölkəmizdə altı il bundan əvvəl olduğunu deyən ATƏT-in baş katibi Tomas Qreminger bildirib ki, bu səfərinin əsas məqsədi Azərbaycan ilə ATƏT arasında münasibətləri dərinləşdirməkdən ibarətdir. Bildirib ki, Azərbaycan ilə ATƏT arasında münasibətlərin daha da inkişafı üçün imkanlar mövcuddur. Potensial imkanlardan istifadə etməklə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığı daha da möhkəmləndirilmək mümkündür.

Tomas Qreminger, həmçinin Azərbaycan nümayəndə heyətinin ATƏT-də olduqca fəallıq nümayiş etdirdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video