Alternative content

15:19 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir Xalq rəssamı Tahir Salahova həsr edilib
Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir Xalq rəssamı Tahir Salahova həsr edilib
ANA SƏHİFƏ / Mədəniyyət
17:39 12.09.2018

Sentyabrın 12-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq rəssamı Tahir Salahova həsr edilmiş "Tahir Salahov: Musiqiçilərin portretləri” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın yaradıcılığından söz açıb. Bildirilib ki, Azərbaycanın müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi T. Salahov yaratdığı əsərlərlə milli mədəniyyətimizə özünəməxsus töhfələr verməklə yanaşı, onu dünyada təbliğ edib. Rəssamın əsərləri dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Onun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub.

Vurğulanıb ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Sonra sənətkarın özü çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Qonaqlar sənətkara həsr edilmiş "Dünya rəssamı. Tahir Salahov” adlı filmi izləyiblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə klassik Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət olunub.