Alternative content

00:32 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəzi qanunlarda dəyişikliklər ediləcək
Bəzi qanunlarda dəyişikliklər ediləcək
ANA SƏHİFƏ / PARLAMENT
17:37 12.09.2018


Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov bu münasibətlə deputatlara uğurlar arzuladı.

Komitə sədri bildirdi ki, bugünkü iclasın gündəliyinə "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Mədəniyyət haqqında” və "Milli Arxiv Fondu haqqında” qanunlara dəyişikliklə bağlı layihələr daxil edilib. Bu qanun layihələrinə ediləcək dəyişikliklər texniki xarakterlidir.

Daha sonra Mədəniyyət komitəsində 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, bu dövr ərzində Mədəniyyət komitəsində xeyli iş görülüb. Onlardan biri də "Muğam sənətinin qorunması və inkişafı haqqında” qanun layihəsinin hazırlanmasıdır. Sözügedən qanun layihəsi komitənin iclasında müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Həmçinin yaz sessiyasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "İctimai Televiziya və radio yayımı haqqında”, "Mədəniyyət haqqında” qanun layihələri də müzakirə edilib.

Yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 107 ərizə və şikayət daxil olub. Onlardan 82-si araşdırılıb lazımi tədbir görülməsi üçün müvafiq qurumlara yönləndirilib. Həmçinin komitədə 30 vətəndaş qəbul edilib. Komitənin fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Rafael Hüseynov komitənin 2018-ci il payız sessiyası üçün iş planı barədə də məlumat verdi. Qeyd etdi ki, iş planında Milli Məclisin müzakirəsinə çıxarılacaq qanun layihələrinin müzakirəsi, dövlət büdcəsinə aid məsələlər, xüsusilə də onun mədəniyyətlə bağlı müzakirələrində iştirak etmək görüləcək işlər arasındadır.

Daha sonra iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən təklif olunan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında və "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanunun layihəsi haqqında məsələlərə də baxıldı. Bildirildi ki, "Televiziya və radio haqqında” qanunun 40-cı maddəsində bir neçə dəyişiklik nəzərdə tutulub. Dəyişiklikdə tütün məmulatlarını və tütün istifadəsi prosesini nümayiş etdirməmək nəzərdə tutulur.

"İctimai televiziya və radio yayımı haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda da eyni məzmunlu dəyişikliklər olacaq.

Yasəmən BAĞIROVA,
"Azərbaycan”