Alternative content

04:09 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:20 12.09.2018

Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı və ilk məclisi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib.

Konfrans dövlət himninin səsləndirilməsi ilə başlanıb. Konfransı AHİK-nın sədri Səttar Möhbalıyev açıq elan edib və reqlamentə uyğun olaraq konfransın gündəliyi təsdiq edilərək rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.

İştirakçılar Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis olunması, nizamnaməsinin qəbul edilməsi, Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin AHİK üzvlüyünə daxil olması məsələlərini müzakirə edərək yekdilliklə qəbul edib.

Daha sonra təşkilati məsələlər müzakirə olunub və İbrahimov Səfər Qafar oğlunun namizədliyi irəli sürülüb. Açıq səsvermə nəticəsində Səfər İbrahimov Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri vəzifəsinə seçilib. S.İbrahimov ona göstərilən etimadı doğruldacağına və ittifaq üzvlərinin sosial, məişət və iqtisadi problemlərinin həllində yaxından iştirak edəcəyinə söz verib.

Gömrük Komitəsinin sədri S.Mehdiyev gömrük xidmətinin, gömrük işçilərinin daim Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunduğunu, onların iş şəraitinin yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm addımların atıldığını bildirib. O, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin yaradılmasını da bu istiqamətdə atılan mühüm və mütərəqqi addımlardan biri kimi qiymətləndirib və gömrük işçilərinin sosial məsələlərinin həllində birliyin mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün AHİK tərəfindən daim dəstək göstəriləcəyini bildirib.