Alternative content

16:36 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Dəmir Yolları Çexiya ilə əməkdaşlıq əlaqələrini müzakirə edib
Azərbaycan Dəmir Yolları Çexiya ilə əməkdaşlıq əlaqələrini müzakirə edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:19 12.09.2018

Azərbaycan Dəmir Yolları ilə Çexiya arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, QSC-də Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, Çex Respublikasının müvafiq qurumları ilə əlaqələr yüksək səviyyədədir. Belə ki, 2015-ci il aprelin 14-də "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə "Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "MORAVIA STEEL” şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb və layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb. Artıq Bakı-Böyük Kəsik istiqamətində təmir işlərı başa çatmaq üzrədir.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.