12 Sentyabr 2018 17:08
295
DÜNYA
A- A+

Vladimir Putin: KXDR-ə nüvə ölkələrinin iştirakı ilə beynəlxalq zəmanət lazımdır


Şimali Koreya təhlükəsizlik barədə vədlərə inanmalı deyil və bu məsələdə nüvə ölkələrinin iştirakı ilə beynəlxalq zəmanət lazımdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri Şərq İqtisadi Forumunda səsləndirib.

"Şimali Koreyadan hər şey tələb olunur, əks tərəf isə heç bir addım atmır. Şimali Koreya bunun onlar üçün yaxşı olacağı barədə boş vədlərə inanmalıdır. Mənə elə gəlir ki, belə cəhdlər məhsuldar olmayacaq. Bunun üçün beynəlxalq zəmanət lazımdır”, - deyə Rusiya prezidenti "Uzaq Şərq: imkan sərhədlərini genişləndirməklə” mövzusuna həsr olunmuş plenar iclasda qeyd edib.

Vladimir Putin, həmçinin altıtərəfli danışıqlar kimi formatın mövcudluğunu xatırladaraq deyib: "Beynəlxalq ictimaiyyət bu cür zəmanətlər verə, o cümlədən bu sazişlərdə nüvə dövlətlərinin iştirakını təmin edə bilər. Rusiya bu danışıqların iştirakçısıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video