Alternative content

18:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR istiqrazları yenidən bahalaşıb
SOCAR istiqrazları yenidən bahalaşıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:01 12.09.2018

SOCAR istiqrazları yenidən bahalaşıb.
İstiqrazların marketmeykeri "PSG Kapital” investisiya şirkətindənAZƏRTAC-a bildirilib ki, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR istiqrazları yenidən bahalaşıb. Hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır. Bahalaşmanın əsas səbəbləri bazarda istiqraza tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşması olub. Beləliklə, SOCAR istiqrazlarına investisiya edənlərin sayı artdıqca qiymət göstəricisi də dəyişir.

SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması kimi üstünlüklər SOCAR istiqrazlarına marağın artmasını təmin edir. Alğı-satqısı davam edən istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb. Bu qiymətli kağız yeni məhsul olmağına baxmayaraq, qısa müddət ərzində korporativ istiqraz bazarında alqı-satqı üzrə ən yüksək mövqedə qərarlaşıb.

2016-cı ilin sentyabrında buraxılan SOCAR istiqrazlarının həmin il korporativ istiqraz bazarındakı payı 53 faiz, ötən il 82 faiz təşkil edib, bu ildən əvvəlindən bu günədək isə həmin göstərici 91 faizdir.

Qeyd edək ki, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit götürmək imkanı qazandırır. İndiyədək REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edib.

Bununla yanaşı, SOCAR istiqrazları sahibləri öz istiqrazlarını razılıq əldə olunan banklarda girov qoymaqla 24 ay müddətinə 1 milyon manatadək və illik 15-16 faizlə güzəştli kreditlər də əldə edə bilər. İnvestorlar kredit götürdükləri zaman istiqrazlardan gələn dollarda illik gəlirlərini də itirmirlər və realda kredit faizi 9-10 faizə qədər enir. SOCAR istiqrazlarının dövriyyə müddəti 5 il, illik gəliri 5 faiz, faiz ödənişi isə hər 3 aydan birdir. Növbəti və cari ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.