Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:14 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi memorandum imzalayıb
Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi memorandum imzalayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:56 12.09.2018

Sentyabrın 12-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və kənd təsərrüfatı naziri İnam Kərimov imzalayıb. Memorandumun əsas hədəfi Azərbaycan ərazisində torpaqlardan səmərəli istifadəyə dair məlumat və təcrübə mübadiləsi, o cümlədən birgə layihələrin həyata keçirilməsi, fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma və innovasiyaların tətbiqi sahələrində əməkdaşlığın həyata keçirilməsidir.

ƏMDK-nın sədri K.Həsənov bildirib ki, imzalanan ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi rola malikdir. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi isə hər iki dövlət qurumunun qarşısına qoyulan vəzifə və tapşırıqların daha operativ və keyfiyyətlə icra olunmasına müsbət təsir edəcək: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sektorun inkişaf etdirilməsi sahəsində torpaq ehtiyatlarından daha səmərəli və rasional istifadə, torpaqların keyfiyyət göstəricilərinin düzgün müəyyənləşdirilməsi əsas prioritetlərdən biridir. Ölkə başçısının müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması da kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Görülən işlər nəticəsində əldə olunan məlumatlar əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar elmi əsaslarla idarə edilir, aqrar sahəyə dəstək mexanizmi formalaşır, torpaq ehtiyatlarından istifadənin qanunauyğunluğu müəyyən olunur. Bu isə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, daxili tələbatın yerli kənd təsərrüfatı məhsulları ilə ödənilməsinə şərait yaradır”.

Kənd təsərrüfatı naziri İ.Kərimov torpaqların səmərəli idarəedilməsi sahəsində innovativ layihələrin icrasında ƏMDK ilə əməkdaşlığın önəminə diqqət çəkib. Bildirib ki, bu əməkdaşlıq görülən işlərin daha da genişləndirilməsinə yönəlib: "Bir neçə istiqamətlər üzrə və vahid formatda təşkil olunacaq məlumat bazası torpaqların elmi əsaslarla idarə edilməsinə, münbitlik dərəcəsini öyrənərək bu sahədə çatışmazlıqların aradan qaldırılmasına, torpaqdan əldə olunan məhsuldarlığın artmasına imkan verəcək”.

Tədbir çərçivəsində əmlak idarəçiliyi sahəsində ilk dəfə reallaşdırılan ən iri və unikal layihələrdən olan Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sistemi barədə təqdimat olub. Bildirilib ki, torpaqların elektron kadastr uçotu ümumilikdə 57 şəhər və rayonu, həmçinin 6,5 milyon hektara yaxın ərazini əhatə edəcək. İndiyədək 4,6 milyon hektar sahənin elektron kadastr uçotu aparılıb. İki minə yaxın şəhər, kənd və yaşayış məntəqələrində elektron kadastr uçotu işləri görülüb. Elektron kadastr uçotu aparılmış parsellərin sayı 2,8 milyon təşkil edir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. İyirmi dörd rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 10 rayonda uçot işlərinin real şəraitdə tətbiqi mexanizminə başlanılıb. Görülən işlər nəticəsində, dövlətə, bələdiyyələrə, eləcə də xüsusi mülkiyyətə məxsus torpaqların dəqiq həcmi məlum olub. Bu işlər əsasında kənd təsərrüfatı təyinatlı torpaqların sahələri müəyyənləşib, yararlı və yararsız ərazilərin xüsusi çəkisi məlum olub.

Məlumat verilib ki, layihə çərçivəsində 2,3 milyon hektar ərazidə torpaq tədqiqatı işləri yerinə yetirilib. 2 milyon hektardan çox ərazidə isə geobotaniki tədqiqat işləri həyata keçirilib. Eyni zamanda, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası aparılıb. Uçot işləri yekunlaşmış rayonların bələdiyyə xəritələri, yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələri tərtib edilib. Belə xəritələr torpaqların kənd təsərrüfatının hansı növünə cəlb ediləcəyi ilə bağlı düzgün fəaliyyətin təməlini formalaşdırır. Həmçinin bu aqrar sahəyə cəlb olunan torpaq sahələrinin artmasına, məhsuldarlıq üzrə faydalılıq dərəcəsinin müəyyənləşməsinə imkan verir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı publik portal

yaradılır. Portalda hər bir rayonun torpaqla bağlı məlumatlarını əks etdirən xəritələr yerləşdiriləcək.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM