Alternative content

22:26 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanunvericilikdə yaşıllıqların mühafizəsinə nəzarət gücləndirilir
Qanunvericilikdə yaşıllıqların mühafizəsinə nəzarət gücləndirilir
ANA SƏHİFƏ / PARLAMENT
16:43 12.09.2018


Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov həmkarlarına parlamentin payız sessiyasının işində uğurlar arzuladı.

İclasda ilk olaraq Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin gördüyü işlər barədə hesabat dinlənildi. Bildirildi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 18 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Bu müddətdə komitənin ünvanına daxil olan 57 ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 47-si tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Həmçinin komitədə 16 vətəndaş qəbul olunub. Yekunda komitənin fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Eldar İbrahimov cari ilin payız sessiyası üçün komitənin iş planı barədə də məlumat verdi. Qeyd etdi ki, sessiya dövründə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. İş planı ilə əlaqədar diqqətə çatdırıldı ki, komitədə "Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələrinə də baxılacaq.

Daha sonra gündəlikdəki digər məsələlər - "Yaşıllıqların mühafizəsi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə layihələr müzakirə edildi. Komitənin üzvlərindən Tahir Süleymanov, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Novruzəli Aslanov layihələrlə bağlı fikirlərini bildirdilər. Müzakirədə yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə, təbliğat işlərinin genişləndirilməsi təklif olundu.

Komitə üzvləri dəyişiklikləri məqsədəmüvafiq bildilər və qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirə olunmasını tövsiyə etdilər.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”