12 Sentyabr 2018 16:42
411
İQTİSADİYYAT
A- A+

Gömrük Komitəsi yeni büdcə proqnozunu 140 milyon manat çox yerinə yetirib


Dövlət Gömrük Komitəsi yeni büdcə proqnozunu təqribən 140 milyon manat çox yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, bu barədə komitənin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə bu il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manat olub. Cari il iyulun 1-dən başlayaraq yeni proqnoz göstəriciləri əsasında büdcə öhdəliyinin yerinə yetirilməsi icraya götürülüb: "Dürüstləşmə nəzərə alınmadan bu ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki yerinə yetirmə 2 milyard 270 milyon 964 min manat təşkil etməklə büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat çox əməl olunub. Dürüstləşmədən sonra artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat artıq icra edilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video