Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:53 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Atlantik Şurasında Avropanın enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizinin əhəmiyyəti məsələləri müzakirə edilib
Atlantik Şurasında Avropanın enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizinin əhəmiyyəti məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / SİYASƏT
12:56 12.09.2018

Sentyabrın 11-də Vaşinqtonda, Atlantik Şurasında "Avropanı birləşdirərkən: Cənub Qaz Dəhlizi və Avropanın qaz təchizatının gələcəyi” mövzusunda forum keçirilib. Forum Cənub Qaz Dəhlizinin reallaşması, Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın bu regiondakı enerji layihələri barəsində siyasəti məsələlərinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, Atlantik Şurası yanında Qlobal Enerji Mərkəzinin sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın moderatorluq etdiyi tədbirdə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Vitali Bəylərbəyov, BP şirkətinin kommunikasiyalar, xarici əlaqələr və Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Emili Olsen, Vaşinqtondakı Corctaun Universitetinin professoru, Atlantik Şurası yanında Qlobal Enerji Mərkəzinin baş elmi işçisi və Xəzər regionu üzrə ekspert Brenda Şaffer, habelə KKR Global İnstitute Tədqiqat İnstitutunun direktoru Nil Braun çıxış ediblər.

R.Morninqstar giriş nitqində regionda enerji layihələrinin reallaşmasında Azərbaycanın rolu, ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, ABŞ-ın Azərbaycan və Türkiyə ilə energetika sahəsində əməkdaşlığı regionda sabitliyə gətirib çıxarıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə 20 ildən çox davam edən əməkdaşlıq boru kəmərlərinin tikintisi və fəaliyyəti məsələlərində böyük uğurlara şərait yaradıb.

V.Bəylərbəyov auditoriyadakı ekspertlər, diplomatlar və ABŞ Administrasiyasının nümayəndələri qarşısında çıxışında regionun iqtisadi inkişafında Azərbaycanın sanballı töhfəsindən danışıb. O qeyd edib ki, Azərbaycan qazı indi Türkiyəyə və Gürcüstana ixrac edilir, üçüncü ölkə vasitəsilə Yunanıstana, vaxtaşırı olaraq Rusiyaya ixrac olunur. Yaxın vaxtlarda bir sıra digər ölkələr də Azərbaycandan qaz idxal edəcəklər. SOCAR nümayəndəsi auditoriyadakılara Azərbaycanın enerji sektoruna investisiyalar, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları, "Şahdəniz” yatağı, ölkənin digər mühüm qaz yataqları, o cümlədən "Abşeron” yatağı barədə statistik məlumatları təqdim edib.

V.Bəylərbəyov Əsrin Müqaviləsinin imzalandığı vaxtdan keçən müddətdə Azərbaycanın beynəlxalq enerji layihələrinin həyata keçirilməsindən danışaraq, bu layihələrin reallaşmasına siyasi dəstək verilməsində diplomatların və ABŞ Administrasiyası nümayəndələrinin rolunu qeyd edib.

Diskussiyanın davamı kimi çıxış edən Emili Olsen öz məruzəsində vurğulayıb ki, Cənub Qaz Dəhlizi son dərəcə xüsusi layihədir və onun reallaşmasında qazanılan uğurlar BP şirkəti ilə Azərbaycan arasında sıx əməkdaşlığın sübutudur. E.Olsen qeyd edib ki, bu layihənin uğurla reallaşmasında əsas amil Azərbaycandakı yüksək ixtisaslı işçi qüvvəsidir. Bu, BP şirkətinin texnoloji nailiyyətlərinin nümunəsidir. E.Olsen qeyd edib ki, Transadriatik qaz kəmərinin tikintisi ilə bağlı işlərin 77 faizi tamamlanıb.

Professor Brenda Şaffer bu layihənin tezliklə başa çatması üçün Avropanın özünün dəstəyinin vacibliyini qeyd edib. O deyib ki, Avropaya yeni boru kəmərləri çəkilir və ya bu məsələ müzakirə edilir, lakin qaz özü həmin mənbələrdən və eyni təchizatçılardan ixrac edilir. Qeyd edilib ki, Azərbaycan qazı Avropaya ixrac edilən qazın birinci yeni mənbəyidir. Bu fakt Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyətini təsdiqləyir.

Ekspertlər Xəzərin delimitasiyası ilə bağlı nüansları və Avropanın enerji təhlükəsizliyi üçün Transxəzər boru kəmərinin potensialını da müzakirə ediblər.

Nil Braun öz nitqində regional enerji layihələrinin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. O deyib ki, Ağ Evdəki və ya ABŞ Konqresindəki Administrasiyadan asılı olmayaraq, ABŞ-ın hər iki siyasi partiyası Azərbaycanın enerji layihələrinin Birləşmiş Ştatlar üçün əhəmiyyətini həmişə dəstəkləyiblər. N.Braunun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu layihə bazar qüvvələrini stimullaşdırır, Avropaya enerji idxalında rəqabətə və şaxələndirməyə şərait yaradır. O bildirib ki, Azərbaycan təhlükəsizlik sahəsində əməkdaşlıq üçün də gözəl nümunədir. Bundan əlavə, həmin enerji layihələri ABŞ-ın bu regiona kommersiya marağının və bütövlükdə iqtisadi marağının artmasına şərait yaradıb. Nil Braun vurğulayıb ki, Avropanın enerji təhlüksəziliyinin təmin edilməsinə dair layihələrin həyata keçirilməsində ABŞ çox mühüm rol oynayır.

Tədbirin sonunda ekspertlər auditoriyadan verilən sualları cavablandırıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM