Alternative content

09:43 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB
ANA SƏHİFƏ / Qəbullar
11:58 12.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərdən ötən dövr ərzində ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini dedi. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı ticarət dövriyyəsinin artdığını vurğuladı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinin zəruriliyini bildirdi. İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra Çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.

Başçılıq etdiyi nümayəndə heyətinə çexiyalı iş adamlarının daxil olduğunu deyən nazir xanım Marta Novakova bu gün Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı sənaye, infrastruktur, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM