12 Sentyabr 2018 10:54
450
İQTİSADİYYAT
A- A+

Tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3300 hektarda pambıq becərilib. "MKT İstehsalat Kommersiya” MMC və "Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.

Rayonda pambıq əl əməyindən istifadə edilməklə yığılmağa başlanıb. İlk olaraq rayonun Qaraağacı kəndi ərazisində yığılan pambıq "MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialına təhvil verilib.

"MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: "Bu il 649 fermerlə 1667 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 28,9 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın 31 sentnerdən çox olacağını gözləyirik. 8 ədəd pambıqyığan kombayn, 16 ədəd traktor, 40 ədəd qoşqu, 3 ədəd yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın 9-dan tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda fermerlər məhsul yığımını əl əməyi vasitəsilə həyata keçirirlər. Ayın 20-dən sonra pambıqyığan kombaynlar da sahələrə çıxarılacaq".

Pambıq qəbulu məntəqəsinə ilk məhsulu təhvil verən Qaraağacı kənd sakini Sabir Qədirov ötən il olduğu kimi bu il də yüksək məhsuldarlığa nail olduğunu bildirib: "Keçən il hər hektardan orta hesabla 45 sentner məhsul vermişdim. Bu il də 1,3 hektarda pambıq becərib, düzgün aqrotexniki xidmət sayəsində bol məhsul yetişdirmişik. Birinci üz yığımından 3470 kiloqram pambıq yığıb məntəqəyə təhvil verdik. Pambıq yığımı mövsümünün sonunadək hər hektarın məhsuldarlığının 50 sentnerə çatacağını gözləyirik. İnanıram ki, tarlalardan 130 tondan artıq pambıq götürəcəyik”.

Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video