Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:11 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni tədris ili təhsildə dönüş ilinə çevriləcək
Yeni tədris ili təhsildə dönüş ilinə çevriləcək
ANA SƏHİFƏ / Təhsil
00:38 12.09.2018


Bu il respublika üzrə 165 min 780 şagird birinci sinfə gedəcək


2018-2019-cu tədris ilində 1-ci sinfə 165780 şagirdin qəbulu proqnozlaşdırılır. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.


Bölgələrdə 34 yeni məktəb tikilir


Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılır.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.

11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

İyul-avqust aylarında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə 46839 namizəd iştirak edib. Onlardan 4053 nəfər işə qəbul olunub.


Bakıdakı 263 məktəbdə 940 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək


Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379 şagird təhsil alacaq.

Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir.


Paytaxtda 13 məktəb əsaslı təmir olunub, 4 yeni təhsil ocağı inşa edilib


Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib.

1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi, 25 məktəbdə isə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Belə ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 8, 171, 180, 223, 227, 295, 300, 310 nömrəli tam orta məktəblərdə, 2 nömrəli Texniki Humanitar Liseydə əsaslı təmir, 78, 187, 192, 198 nömrəli tam orta məktəblərdə isə əsaslı təmir və bərpa-gücləndirilmə işləri aparılır.

Binəqədi rayonu 306 nömrəli tam orta məktəbin, Xətai rayonu 171 nömrəli tam orta məktəbin əlavə korpusunun tikintisi həyata keçirilir. Şagird sıxlığının azaldılması məqsədilə Binəqədi rayonu 179 nömrəli tam orta məktəb üçün 1416 şagird yerlik yeni binanın, Nəsimi rayonu 11 nömrəli xüsusi məktəb üçün 264 şagird yerlik yeni binanın, Yasamal rayonu ərazisində Yasamal yaşayış kompleksində, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 960 şagird yerlik yeni məktəblərin tikintisi aparılmaqdadır. Görülən işlərin yeni tədris ili başlanana qədər yekunlaşması nəzərdə tutulub.


İlk dərslər "Vətənim Azərbaycan”a həsr olunacaq


Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, təhsil müəssisələrinə tapşırılıb ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər görülsün, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulsun.

Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.

Yasəmən BAĞIROVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM